"Bizim Mehriban"

Bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

 

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu gün 59 yaşı tamam olur.

 

Sfera.az ölkənin birinci xanımının həyat və fəaliyyəti barədə yazını təqdim edir:

 

Elə tarixi şəxsiyyətlər var ki, onlar haqda fikir bildirmək, dəyərləndirmə etmək olduqca çətin olur. Çünki necə deyərlər, haradan başlayıb, harada bitirəcəyini bilmirsən. Müxtəlif sferalarda özünü doğruldan, xalqın sevgi və etimadını qazanan belə şəxsiyyətlərdən biri də ölkənin birinci vitse-prezidenti xanım Əliyeva, özünün ifadəsi ilə desək, "Bizim Mehriban”dır...

 

 

Bəli, təsadüfi deyil ki, "Bizim Mehriban” ifadəsinə diqqət çəkdik. Xalqa müraciətinin sonunda hər zaman "Sizin Mehriban” imzasını qoyan Mehriban Əliyeva elə tək bu ifadə ilə həqiqətən də status fərqi olmadan cəmiyyətin bütün üzvlərinə doğmalığını göstərib və göstərməkdədir.

 

 

Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu kimi qadınlar yetişdirən millətimiz müasir Azərbaycan dövləti üçün də Mehriban Əliyeva kimi vətənpərvər, ziyalı və zərif xanım yetişdirib...

 

Vitse-prezident kimi Mehriban...

 

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilən Mehriban Əliyeva vəzifəsini icra etdiyi son 5 il ərzində işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Mehriban Əliyevanın vəzifəsinin icrasına başladıqdan qısa müddət sonra - 2017-ci ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda "dəyirmi masa”nın təşkil etməsi xalqın içərisindən biri olduğunun, cəmiyyətin mövcud problemləri haqqında bilgili olmasının və gender bərabərliyinə xüsusi önəm verməsinin göstəricisi idi. Yəni vəzifəyə təyin olunduğu ilk günlərdən etibarən, Mehriban Əliyeva vətəndaş amilini rəhbər tutaraq, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə xalqı üçün, insanlıq üçün böyük mücadiləyə qoşuldu.

 

 

Bundan başqa, vitse-prezident kimi fəaliyyət göstərməsinin 3-cü ili Vətən müharibəsinə təsadüf edən xanım Əliyeva bu sınaqdan da üzü ağ çıxaraq bütün müstəvilərdə olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da önə çıxmağı bacardı.

 

İşğalda olmuş torpaqlarımız üçün ən böyük siyasi mücadilərdən birini də məhz birinci xanım verib. Belə ki, o, İkinci Qarabağ müharibəsindən əvvəl Qarabağın tarixini, münaqişənin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərdə dünya ictimaiyyətinin diqqətini çəkərək müxtəlif elitaları bir araya toplamağı bacarıb. Bəli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında və haqlı tərəfin sübut və faktlarla nümayişinin altında böyük bir imza var - Mehriban Əliyeva imzası...

 

"Ali Baş Komandanın xanımı, ailəsinin Mehribanı"

 

Normalda bir qadının işlə bağlı mühüm məsuliyyətləri olanda ailə, övladlar bir qədər arxa plana düşür. Biz bunu zamanla məşhur şəxslərin, tanınmış simaların övladlarının dilindən az eşitməmişik.

 

Lakin ölkənin birinci xanımı ailənin onun üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyi olduğunu deyir. Təsadüfi deyil ki, biz bütün bu düşüncələrin fonunda Mehriban Əliyevanın timsalında bir xanımın həm yaxşı həyat yoldaşı və yaxşı ana, həm də nümunəvi ictimai şəxs ola biləcəyini görə bilirik. Bütün dövrlərdə Ali Baş Komandanın dəstəkçisi olan Mehriban Əliyeva övladlarına, nəvələrinə diqqət ayırmağı unutmayıb, qayğısını əsirgəməyib.

 

 

Bütün bunları biz Prezidentin ailə üzvlərinin sosial şəbəkə hesablarındakı paylaşımlarında, mətbuata verdikləri açıqlamalarda da müşahidə etmişik.

 

 

"Hər uğurlu kişinin arxasında bir qadın dayanır", deyirlər. Ölkə başçısı Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva da məhz belə qadınlardandır.

 

 

Azərbaycanın birinci xanımı ən çətin situasiyalarda dövlət başçısının yanında olub, xalqın liderinin böyük məsuliyyətinin icrasında ona dəstək göstərib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğladan azad olunan ərazilərimizə baxış zamanı, yenidənqurma işləri ilə tanış olarkən daim xanım Əliyeva ilə yan-yana dayanıb, bu mühüm səfərlərdə onunla birgə böyük işlərə imza atıb. Prezident Əliyev bütün bu dəstəyə, mənəvi gücə görə hər zaman xanımına təşəkkür edərək, onun fəaliyyətini yüksək qiymətləndirib. Beləliklə biz ölkə başçısının ailəsi timsalında nümunəvi ailə modelini görə bilirik.

 

 

Vətən müharibəsinin Mehribanı...

 

Dövlət başçısı İlham Əliyevin siyasi əqidəsinin davamçısı olan Mehriban Əliyeva demək olar ki, fəaliyyətinin bütün dövrlərində şəhid və qazi ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirib. Məhz bu ilin sonunadək Prezident İlham Əliyev və Mehriban Əliyevanın birgə səyi ilə 3 min şəhid və qazi ailəsinə mənzil və fərdi ev verilməsi planlaşdırılıb.

 

Eyni zamanda Mehriban Əliyeva Vətən müharibəsi qazilərinin müalicə və reabilatasiyası üçün də əlindən gələni edərək, onların rahatlığının təmin olunmasında misilsiz xidmətlər göstərməkdədir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Belə ki, ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Həmçinin 9 mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 766 reabilitasiya vasitəsi verilib.

 

//static.president.az/upload/1960x1292/2022/05/02/1651499140_955f93fde14887dbfdb33e4f8bc9be66.jpg

 

44 günlük Vətən müharibəsinin əbədiləşdirilməsi, şəhid və qazilərin qəhrəmanlığının əyani təsviri üçün yaradılan Zəfər muzeyində də Mehriban Əliyevanın imzası, yaradıcı ruhu var.

 

İdmançıların Mehriban dəstəkçisi…

 

Mehriban Əliyeva demək olar ki, bütün sahələrdə çalışan şəxslərə öz diqqət və qayğısını əsirgəməyib. Bu xüsusda biz xanım Əliyevanın idmançılarımıza dəstək ruhunu da xüsusi qeyd etmək istərdik. Mehriban Əliyeva dəfələrlə müxtəlif sahələrdə uğur qazanmış idmançılarımızı dəyərləndirərək onlarla görüşmüş, mənəvi dəstəyini ifadə etmişdir. Bu etimad və dəstəyin nəticəsidir ki, bu yaxınlarda  V İslam Həmrəyliyi Oyunlarında bizim idmançılarımız 99 medal qazanıb.

 

//azertag.az/files/galleryphoto/2022/2/1000x669/16611682432438264899_1000x669.jpg

 

Uşaqların Mehriban dostu...

 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk "Vətəni qorumaq uşaqları qorumaqla başlayar", deyib. Doğrudan da insanlıq cəmiyyətin qurucusu, gələcək memarı olan uşaqları qorumalı, onları sevməlidir.

 

 

Mehriban Əliyevanın rəhbər olduğu Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istərsə də səhiyyə sahəsində, məhz uşaqlara istiqamətlənib. Bu layihələrə Mehriban Əliyeva xüsusi can yandırır, ürəklə yanaşır. Uşaqlar da bu fədakarlığı duyaraq, onu fərqli məhəbbətlə sevirlər.

 

Tarixin və mədəniyyətin Mehriban qoruyucusu...

 

Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu yaradaraq mədəniyyət və incəsənətin inkişafında çoxşaxəli işlər görən Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunub- saxlanılması və yaşadılmasında mühüm xidmətləri də danılmazdır. Bu  yaxınlarda ən son olaraq xanım Əliyeva dövlət başçısı ilə birgə “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda  “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar  YENİLƏNİB

 

Mədəniyyətlərarası dialoqun təşkili və təşviqi istiqamətində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESKO ilə əlaqələrini xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

 

Bundan başqa, qədim və zəngin Azərbaycan tarixinin mücəssiməsi olan Qobustan kompleksinin 2007-ci ildə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsini də xüsusilə qeyd etmək yerinə düşər. Qobustan abidələrinin bu cür yüksək səviyyəli siyahıya daxil edilməsi birmənalı şəkildə məhz Mehriban xanımın danılmaz xidmətidir. UNESKO və İSESKO-nun xoşməramlı səfirinin tarixi bayramımız olan Novruz bayramının, hər naxışında tarix yatan Azərbaycan xalçası kimi mədəniyyət nümunələrinin də UNESKO-nun Mədəni İrs Siyahısına salınmasında birbaşa rolu var.

 

Bütünlüklə tarix, zəngin mədəniyyət qoxuyan Azərbaycanın bundan sonra Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sayəsində dünyanın mədəni irs siyasında daha dayanıqlı, işıqlı mövqe tutacağından şübhə duyulmur.

 

Sonda doğum günü münasibəti ilə Azərbaycanın birinci xanımını təbrik edir, hər zaman sağlam, təravətli və belə işıqlı qalmasını arzu edirik...

 

Dərin sevgi, hörmət və ehtiramla,

Sfera.az saytının kollektivi


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...