ABŞ İranın bütün əlavə şərtlərini RƏDD ETDİ

Siyasət
12:28 / 25.08.2022
8856
Amerika Avropa İttifaqının Hərtərəfli Birgə Fəaliyyət Planını bərpa etmək üçün təklif etdiyi saziş layihəsinə dair Tehranın bütün əlavə tələblərini rədd edib.
Sfera.az xəbər verir ki, Amerika İranda uranın zənginləşdirilməsi səviyyəsinin 4%-i (2015-ci ildə İranın nüvə sazişinə uyğun olaraq uranın zənginləşdirilməsinə icazə verilən səviyyə 3,67%-dir) ötməməsində israrına davam edir.
Bundan əlavə, Amerikanın cavabında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə İranın nüvə obyektlərinə maneəsiz girişin təmin edilməsi tələbi yer alır.
Turan Rzayev,
Sfera.az