Logo

Qazaxıstan Prezidenti Azərbaycanda səfərdədir - YENİLƏNİB

Qazaxıstan Prezidenti Azərbaycanda səfərdədir - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

10:05

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana rəsmi səfər edəcək.

Sfera.az xəbər verir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir, bunun nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Eyni zamanda Tokayev avqustun 19-u Soçiyə işgüzar səfər edəcək. Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq, Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri müzakirə olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR