Logo

Ərdoğan Əsədlə Özbəkistanda görüşəcək

Ərdoğan Əsədlə Özbəkistanda görüşəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd Şanxay Əməkdaşlıq Təşkilatının sentyabr ayında Səmərqənddə keçiriləcək sammitində görüşə bilərlər.

Sfera.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

“Rusiya prezidenti Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sammitinə dəvət edib. Putin həmçinin Əsədən də bu görüşdə iştirak etməsini istəyib”, - agentlik bildirib.

Agentlik bundan başqa Türkiyənin Ana Vətən Partiyasının baş katibi Doğu Perinçəkin də Suriyaya səfər edəcəyini və Prezident Bəşər Əsədlə görüşəcəyini bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR