Logo

Baydenə daha bir zərbə: Hər dörd amerikalıdan üçü..

Baydenə daha bir zərbə: Hər dörd amerikalıdan üçü..
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Co Bayden üçün daha bir pis xəbər NBC kanalından gəlib.

Sfera.az bildirir ki, 2024-cü ildə yenidən namizəd olmaq istəyən Baydeni çətin vəziyyətə salan son rəqəmlər açıqlanıb. Belə ki, NBC-nin sorğusuna əsasən, amerikalıların 74 faizi ölkənin yanlış yolda olduğunu düşünür. Başqa sözlə, hər 4 amerikalıdan 3-ü ölkənin idarə olunmasından narazıdır. Bu məsələ ilə bağlı razılığını bildirənlərin nisbəti 21 faiz olaraq qalıb.

Eyni sorğunun nəticələrinə görə, respondentlərin 58 faizi ABŞ-ın yaxşı günlərinin geridə qalmasından qorxur. Yəni iştirakçıların yarıdan çoxu ölkənin gündən-günə daha da pisləşəcəyindən narahatdır. Təxminən min adamın iştirak etdiyi sorğuya görə, Baydenin “təsdiq nisbəti”  yüzdə 42 ətrafındadır.

Qeyd edək ki, Co Bayden 2024-cü il seçkilərində Demokratlar Partiyasının namizədi olacaq. Lakin seçki dövründə Baydenin 82 yaşının olması da partiyanı düşündürən məqamdır. Bildirilir ki, Baydenin yerinə vitse-prezident Harrisin namizədliyi irəli sürülə bilər. Ancaq hələlik mövzu ilə bağlı rəsmi açıqlama yoxdur.

Günay Rəsulqızı,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR