İRİS-T və KOBRA sistemləri Ukraynaya veriləcək - Almaniya
Kateqoriya məlum deyil
"Almaniya Ukraynaya kifayət qədər silah verir".
Sfera.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
“Almaniya Ukraynaya xeyli silah verir. Bunu demək vacibdir. Biz indi bunu mütəmadi edirik. İRİS-T hava hücumundan müdafiə sistemləri və KOBRA əks-batareya radarı da tezliklə Ukraynaya çatmalıdır”- deyə kansler bildirib.
Turan Rzayev,
Sfera.az






