Qarabağda yeni antiterror əməliyyatları başladıla bilər – Deputatdan açıqlama

Qarabağda yeni antiterror əməliyyatları başladıla bilər – Deputatdan açıqlama

Sosial Tədqiqatlar Mərkəzinin sorğusu göstərir ki, rəyi öyrənilənlərin 80 faizi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl edilməzsə, antiterror əməliyyatlarının aparılmasını dəstəkləyir”.

Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev deyib. O qeyd edib ki, indiyədək baş verənlərə nəzər salanda, Ermənistanın ancaq belə addımlar atıldıqda üzərinə götürdüyü öhdəliklərin bir qismini yerinə yetirdiyinin şahidi oluruq:

 

“İstisna etmirəm ki, Ermənistan rəhbərliyi gələcəkdə də bu "ənənə"ni davam  etdirəcək. Təkcə ona görə yox ki, onlar ancaq güc dilini başa düşürlər. Paradoksal görünsə də, avqustun 3-dəkinə bənzər əməliyatlar Paşinyanla komandasındakılara da əl verir”.

 

Millət vəkili bildirib ki, Qarabağdakı Rusiya hərbi kontingentinin Azərbaycan ordusunun önünü kəsməməsi Ermənistan baş nazirinin əsas rəqiblərinin - Moskvaya bağlı  qruplaşmaların əleyhinə işləyir:

 

“Bununla yanaşı, Kremlin rəsmi İrəvan üzərindəki təsirini zəiflədir. Bax, bu reallığa dayanaraq demək olar ki, Qarabağda  gələcəkdə yeni antiterror əməliyyatlarının aparılması ehtimalı da elə hardasa 80 faizdir”.

 

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin son sorğusunun nəticələrinə əsasən, respondentlər Ermənistanın 10 noyabr tarixli birgə bəyanatın şərtlərinə əməl etməməsi halında, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməsini dəstəklədiklərini ifadə ediblər.

 

“Belə ki, rəyi öyrənilənlərin mütləq əksəriyyəti - 80,5%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görən respondentlərin 84,1%-i bu əməliyyatların davam etdirilməsini dəstəkləyib. Nəticələrin gender aspektindən statistik təhlili bizə onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər. Əks mövqedə qərarlaşan (6,8%), eləcə də bu suala cavab verməkdə çətinlik çəkən (12,8%) respondentlər mövqeyini əsasən itkilərin olmasını istəmədikləri ilə əlaqələndiriblər”, deyə STM-in məlumatında bildirilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...