“Bununla biz Qərbi Azərbaycana tarixi dönüş edəcəyik” – Deputatdan alternativ yolla bağlı AÇIQLAMA

“Bununla biz Qərbi Azərbaycana tarixi dönüş edəcəyik” – Deputatdan alternativ yolla bağlı AÇIQLAMA

“Azərbaycanla Ermənistan arasında əlaqəni təmin edəcək yeni salınmış yolla bağlı müxtəlif spekuliyasiyalar müşahidə olunur. Görünən də odur ki, ölkəmizin daxilindəki bəzi satqın dairələrin də alət olduğu bu tip manipuliyasiyalara hələ çox şahidi olacağıq”.

 

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Onun sözlərinə görə, kimin nə deməyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, istifadəyə verilən yeni yol 10 noyabr kapituliyasiya aktının 6-cı maddəsinə müvafiq olaraq salınıb:

 

“Üç tərəfli müqavilənin şərtlərinə əməl etmək isə Ermənistanın da, qarantor Rusiyanın da rəsmi öhdəliyidir. Yolun istifadəyə verilməsi bizi yalnız Laçın şəhəri, Zabux və Sus kəndlərinə qaytarmaqla kifayətlənmir, yeni kommunikasiya xətti həm də Azərbaycanın bölgənin nəqliyyat infrastrukturu üzərində elə mütləq strateji nəzarəti imkanını təmin edir ki, ikinci-üçüncü ölkələrdən Qarabağdakı erməni vətəndaşları alətə çevirərək yenidən separatizm meyllərinə rəvac verilməsi və Azərbaycansız birbaşa təmasların qurulması ehtimalı heçə enir”.

 

Millət vəkili Prezident İlham Əliyevin çıxışlarını xatırladaraq Zəngəzurun dədə-baba torpağımız olduğunu və oraya qayıdacağımızı qeyd edib:

 

“Bu mənada, salınan yeni yol Ermənistanla Qarabağ iqtisadi rayonunu yox, Azərbaycanla Qərbi Zəngəzuru, Göyçəni və İrəvanı birləşdirən kommunikasiya xəttidir. Bu yolla biz Qərbi Azərbaycana, öz ata-baba torpaqlarımıza tarixi dönüşü təmin edəcəyik”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR