Əliyev-Paşinyan görüşü nə zaman olacaq? – “Ermənistan vaxtı uzatmaqla məşğuldur”

Əliyev-Paşinyan görüşü nə zaman olacaq? – “Ermənistan vaxtı uzatmaqla məşğuldur”

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sonuncu görüş 22 mayda Brüsseldə olmuşdu. Şarl Mişel görüşdən sonra elan etmişdi ki, yenidən Brüsseldə iyul və ya avqust ayında görüşəcəklər”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O, iyul ayının yekunlaşdığını, avqust ayının da bitmək üzrə olduğunu vurğulayıb:

 

“Hələlik Brüsseldə Azərbaycan prezidentinin köməkçisi ilə Ermənistanın Təhlükəsizlik Şurasının sədri görüşüblər. Liderlərin may ayındakı görüşündə sərhədin delimitasiyası, tranzit məsələləri, sülh müqaviləsinin müzakirəsinin davamı barədə razılıq var idi. Bundan başqa Şarl Mişel demişdi ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işi üçün çalışacaq. Görüşdən keçən 3 ayda bunların heç birinə nail olunmayıb”.

 

Ekspert Nikol Paşinyanın vaxtı uzatmaqla məşğul olduğunu vurğulayıb:

 

“Şarl Mişel yaxın günlərdə liderlərlə yenidən görüşəcəksə, maydakı razılaşmaların niyə yerinə yetirilmədiyini Nikol Paşinyandan soruşmalıdır”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR