Logo

Deputat Cavanşir Feyziyev seçiciləri ilə görüşdü – FOTOLAR

Deputat Cavanşir Feyziyev seçiciləri ilə görüşdü – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Deputat Cavanşir Feyziyev Şəkinin Təpəcənnət, Colaqlı, Kəhrizoba və Göybulaq kəndlərini əhatə edən Cəfərabad icra nümayəndəliyi ərazisində seçiciləri ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə qaldırılan məsələlərdən aydın olub ki, Dəhnə çayının suyu azaldığından, eyni zamanda sovet dövründə istifadəyə verilmiş artezianlar sıradan çıxdığından ərazidə həm içməli və həm də tarla suyunun qıtlığı yaşanır. Əkin sahələrində meliorasiya tədbirləri həyata keçirilmədiyindən məhsuldarlıq aşağı olur ki, bu da kənd adamlarının güzarana mənfi təsir edir.

Çıxışlarda həmçinin 660 yerlik Cəfərabad məktəbinin, uşaq baxçasının əsaslı təmirə ehtiyacı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ərazidə yerləşən peşə məktəbinin istilik sistemi işləmir, üst örtüyü həddindən artıq köhnəlib. Yüksək dağ kəndi olan Təpəcənnətdə içməli su olmadığından kənd əhalisi düzən əraziyə köçmək məcburiyyəti ilə üz-üzə qalıb. Kəndlərin heç birində bankomat və ödəniş terminalı olmadığından sakinlər maaş və pensiya kartlarından istifadə etmək üçün şəhərə getmək məcburiyyətində qalır. Kənd Bələdiyyəsinin fəaliyyəti zəif olduğundan az təminatlı ailələr, qazilər bələdiyyə torpaqlarından yararlanmaq imkanından kənarda qalıblar.

Kənd ictimaiyyəti nümayəndələrinin, ağsaqqallar, qazilər və şəhid ailələrinin iştirakı ilə keçirilən görüşdə bu kimi məsələlər geniş və ətraflı müzakirə olunub. Sakinlər bir sıra məsələlərin həlli ilə əlaqədar deputatdan kömək istəyiblər. Millət vəkili dövlətimizin apardığı məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkəmizin 30 illik müharibəni qələbə ilə başa çatdırdığını, Vətən torpaqlarının düşmən taptağından azad olunduğunu, dövlət başçısının ətrafında sıx birləşməklə qaldırılan problemlərin də tezliklə aradan qaldırılacağını əminliklə diqqətə çatdırıb. Deputat bu problemləri həll etmək üçün ilk növbədə kənd bələdiyyəsinin fəaliyyətini canlandırmağı tövsiyə edib, qaldırılan problemin həlli ilə bağlı müvafiq yerli və mərkəzi icra qurumları ilə məsləhətləşmələr aparacağını və qısa müddət ərzində nəticələr barədə kənd ictimaiyyətinə ətraflı məlumat veriləcəyini bildirib.

Görüş iştirakçıları dövlətimizin apardığı siyasəti müdafiə etdiklərini və deputatla görüşdən razı qaldıqlarını bildiriblər.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR