Çin lideri Putinlə görüşmək üçün 2 ildən sonra ölkədən çıxacaq - ABŞ-dan ŞOK İDDİA

Çin lideri Putinlə görüşmək üçün 2 ildən sonra ölkədən çıxacaq - ABŞ-dan ŞOK İDDİA

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin görüşə hazırlaşır.

 

Sfera.az bildirir ki, bu barədə  ABŞ-ın “Wall Street Journal” qəzeti  məlumat yayıb.

 

Qeyd olunub ki, Çin prezidentinin sentyabrın 15-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirakı məqsədilə Səmərqəndə səfəri üçün hazırlıq görülür.

 

Xəbərdə həmçinin Si Cinpinin Putinlə yanaşı Pakistan, Hindistan və Türkiyə liderləri ilə də ikitərəfli görüşlər keçirə biləcəyi vurğulanıb.  Rəsmilər isə xəbərdarlıq ediblər ki, Çin liderinin planları dəyişə bilər və onun iclasa virtual olaraq qoşulması mümkündür. 

 

Lakin “Wall Street Journal” Rusiya və Çin liderlərinin Özbəkistan şəhərində danışıqlar apara biləcəyini irəli sürüb: “Si danışıqlarda virtual olaraq iştirak etsə də, Putinlə görüş ehtimalı çox yüksək qiymətləndirilir”.  Digər tərəfdən Rusiyanın dövlət xəbər agentliyi “Tass” da Putinin ŞƏT sammitində iştirak etməyi planlaşdırdığını bildirib.

 

Bununla yanaşı, noyabrda Balidə keçiriləcək ABŞ Prezidenti Co Baydenin də iştirak edəcəyi G20 sammitində Cinpin və Putinin də iştirak edəcəyi gözlənilir.

Danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin də uzaqdan iştirak edəcəyi qeyd edilib. Analitiklər düşünür ki, Səmərqənd və Bali sammitləri, xüsusilə Rusiyanın Ukraynaya təcavüzü və Çinin Tayvan ətrafında aqressiv hərbi mövqeyi ilə bağlı son dərəcə yüksək gərginlik dövründə kritik üzbəüz müzakirələr üçün imkan yaradacaq. 

 

Qeyd edək ki, Çin lideri  Si Cinpin 2020-ci ilin yanvarından bəri ölkəsini tərk etməyib.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...