Zelenski Ərdoğana niyə “yox” dedi? – “Ukrayna danışıqlara yalnız bu halda razılaşacaq”

Zelenski Ərdoğana niyə “yox” dedi? – “Ukrayna danışıqlara yalnız bu halda razılaşacaq”

Lvov görüşündə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Ukraynanı Rusiya ilə masaya oturmağa çağırıb. Ukrayna lideri Zelenski isə bunun yalnız rus ordusunun bütün ərazilərindən tam çıxarılmasından sonra mümkün ola biləcəyini bəyan edib.

Tərəflərin eyni masaya oturması nə zaman mümkün olacaq?

 

Bununla bağlı siyasi şərhçi Şahin Cəfərli Sfera.az-a deyib ki, Ukraynanın bu istiqamətdə qəti mövqeyi doğru strategiyadır:

 

“Müharibə nə qədər uzanırsa uzansın, bu mövqedən geri çəkilmək olmaz. Erməni işğalından fərqli olaraq, Rusiyanın Ukraynadakı işğalı sırf torpaq uğrunda olan bir mübarizə deyil. Burada işğalçı tərəfin təməl hədəfi ümumən Ukrayna milli dövlətini və Ukrayna milli identikliyini yox etməkdən, tarixdən silməkdən ibarətdir”.

 

Ekspert qeyd edib ki, müharibənin dayandırılması və mövcud durumda dondurulması Ukraynanın məhvi ilə nəticələnə bilər: “Ukrayna dövləti və xalqı bunu dərk etdiyi üçün sona qədər döyüşməyə qərar veriblər”.

 

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, burada Ukraynanın deyil, Rusiyanın atacağı addım vacibdir:

 

“Ona görə də Rusiya ilk olaraq Ukrayna ərazisindən çıxmalıdır. Ukraynanın dəqiq və müasir silahlarla təchiz olunması, cəbhədə müəyyən uğurları Moskvanı danışıqlarda maraqlı edə bilər. Məhz bu nöqteyi-nəzərindən Moskva Kiyevlə danışmaq istəyir. İndiki şərtlər daxilində Kiyevin danışıqlara getməsi intihar olar. Əgər tərəflər danışıqlarda razılaşarsa, bu, Türkiyədə keçiriləcək. Lakin Moskva ordusunu geri çəkməyincə, müharibə daha şiddətli davam edəcək. Görünür, Ərdoğan Zelenskiyə danışıqlarda irəliləyişin olacağına söz verib, amma, Kiyev Moskvaya etibar etmir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...