Ərdoğanla Zelenski arasında görüş BAŞA ÇATDI - YENİLƏNİB
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.
Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antoni Qutereşlə görüşü də baş tutub.
***
16:23
Lvovda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Sfera.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər arasında görüş Potoçki sarayında keçirilir.






