“Rusiya sülhməramlılarının komandanlığı bu suala cavab verməlidir” - Deputat

“Rusiya sülhməramlılarının komandanlığı bu suala cavab verməlidir” - Deputat

“Ermənilər İkinci Qarabağ savaşından sonra da Azərbaycan torpaqlarına mina basdırmaqda davam edirlər”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Millət vəkili xatırladıb ki, avqustun 3-də qanunsuz silahlı birləşmələrdən təmizlənən Sarıbaba yüksəkliyi yaxınlığında da “mina tarlaları” tapılıb.

 

“Oradan çıxarılıb zərərsizləşdirilən 991 ədəd mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Fikrimcə,  Laçınla yanaşı, digər yerlərdə də bu cür "tarla"ların olması mümkündür. Belə bir məsəl var - “Nə əkərsən, onu da biçərsən”. Yəqin Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinə və oradakı separatçı ünsürlərə bu mənzərənin niyə yarandığını xatırlatmaq lazım gələcək. Onlar Azərbaycan torpaqlarına əkdiklərini  biçməli olacaqlar, ya da avqustun 3-dəki kimi özləri biçiləcəklər”.

 

S.Alıyev qeyd edib ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin hayların Ermənistandan Qarabağa mina daşıyıb basdırmalarından xəbərsiz olmaları isə heç inandırıcı deyil:

 

“Rusiya hərbi kontingentinin rəhbərliyi mütləq bu suala cavab verməlidir. Əgər məramları doğrudan da Qarabağda sülh yaratmaqdırsa,  iki ilə yaxındır sülhməramlılar hayların reinteqrasiyası, eləcə də azərbaycanlıların Xankəndinə, Xocalıya və müvəqqəti nəzarətləri altında olan digər yerlərə qayıdıb yaşamaları üçün nə ediblər? Kiçik də olsa bir hazırlıq görüblərmi?”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...