Ərdoğanın Ukraynaya səfəri başladı
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.
Sfera.az xəbər verir ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.
Qeyd edək ki, Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
Turan Rzayev,
Sfera.az






