Ərdoğan Ukraynaya səfər edəcək - Detallar AÇIQLANDI
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvova birgünlük işgüzar səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Ukraynada BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Ərdoğanın ukraynalı həmkarı ilə görüşündə Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində bütün aspektləri müzakirə olunacaq.
Turan Rzayev,
Sfera.az






