Logo

Ərdoğan növbəti seçkiləri qazana biləcəkmi? - Açıqlama

Ərdoğan növbəti seçkiləri qazana biləcəkmi? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Türkiyədə gələn il keçiriləcək prezident seçkilərində AKP-nin yenidən  qalib gəlmək şansı yüksək görünür”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, iqtisadi infilyasiya və sosial  sferada problemlərin AKP reytinqinə mənfi təsir etdiyini də qeyd edib:

“Müxalifətin birlik formatı uğurlu olamayacaq. CHP daxilində Kemal Klıçdaroğlu, Əkrəm İmamoğlu və Mansur Yavaş arasında prezidentliyə namizədlik uğrunda fikir ayrılıqları hökm sürür. Seçkiyə bir il var və il ərzində müxalifətin toparlanıb fikir ayrılıqlarını kənara qoyması mümkün görünmür. AKP hazırda əsasən böyük şəhərlərlə işləyir - İstanbul, Ankara və digər şəhərlərdə mövqelərini gücləndirməyə çalışır”.

Ekspertin sözlərinə görə, Türkiyə hakimiyyəti şimali Suriyada PKK terror təşkilatına qarşı uğurlu hərbi əməliyyatlar keçirib əraziləri nəzarətə alarsa, sosial vəziyyəti sabitləşdirərsə, seçkidə qalib gələcək:

“Türkiyədə hakimiyyətin dəyişməsi  ölkənin indiki xarici siyasətində geriləməyə yol aça, Ankara Vaşinqtondan yenidən asılı vəziyyətə düşə bilər”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR