Logo

Prezident Türkiyəyə işgüzar səfərə GETDİ - FOTO

Prezident Türkiyəyə işgüzar səfərə GETDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.

Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR