Logo

Azərbaycan vətəndaşlığı istəyən Qarabağ ermənilərinə münasibət necə olmalıdır? – Deputatlardan açıqlama

Azərbaycan vətəndaşlığı istəyən Qarabağ ermənilərinə münasibət necə olmalıdır? – Deputatlardan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsi ilə tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpasına nail olundu.

Qələbəmizin gözlənilən nəticələri isə son günlər müşahidə edilən hadisələrdə açıq-aşkar görünür. Belə ki, son zamanlar erməni əsilli keçmiş Azərbaycan vətəndaşları yenidən vətəndaşlığımızı qəbul etmək üçün ölkə başçısına, dövlətimizə müraciətlər ünvanlayırlar.

Maraqlıdır, erməni əsilli vətəndaşların müraciətləri Vətən müharibəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı əhəmiyyətə malikdir?

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov deyib ki, Vətən müharibəsindəki zəfərimizdən sonra Azərbaycandan imdad diləyən ermənilərdən həm mərkəzi icra orqanlarına, həm Xankəndini Milli Məclisdə təmsil edən millət vəkili Tural Gəncəliyevə çoxsaylı elektron müraciətlər daxil olub:

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

“Hətta, Qarabağda hərbçilərimizə ermənilərin şəxsən yaxınlaşaraq kömək istəmələri barədə bir neçə fakt da qeydə alınıb. Lakin əksər hallarda bu müraciətlər Qarabağda yaşayan ermənilərdən daxil olur və birmənalı olaraq qapalı xarakter daşıyırdı. "Qisas" əməliyyatından sonra isə artıq nəinki Qarabağda yaşayan, hətta Ermənistan erməniləri də real vəziyyəti daha aydın başa düşür, nicatlarının Azərbaycanda olduğunu dərk edərək açıq formada Azərbaycan Prezidentinə müraciət etməkdən çəkinmirlər”.

Deputat qeyd edib ki, sözügedən hadisələr Ermənistanın 30 illik neonasist ideologiyasının içdən çürüməsi, təcavüzkar sistemin deqradasiyası deməkdir:  “Müzəffər Ali Baş Komandanın hücum doktrinası qalanı həm də içdən də fəth etməkdədir”.

Digər millət vəkili Fazil Mustafa isə bildirib ki, erməni əsilli keçmiş Azərbaycan vətəndaşlarının müraciətlərinə adi bir müraciət kimi baxmaq lazım deyil:

Fazil Mustafa: “Təhsil Nazirliyi direktorları təyinetmə mexanizmini  dəyişməlidir

“"Hiyləgərlik edirlər", "inanmaq olmaz" kimi ifadələrin də yeri deyil. Bizim hədəfimiz nədir? - Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan ermənilərin Qarabağda yaşamasına təminat vermək. Belədirsə, siyasi cəhətdən ağıllı davranmağa məhkumuq, belə bir tendensiyanın inkişafına imkan yaratmalıyıq. Fikrimcə, ilkin mərhələdə Qarabağın bizim nəzarətimiz altında olan erməni kəndlərinin birində Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirib, onlarla bağlı dünyaya təbliğatı çatdırmalıyıq - bir erməni kəndi obrazı yaratmaq və birgəyaşayış modelini təqdim və təbliğ etmək, yəni görürsünüzmü, vətəndaşlığımızı qəbul edən ermənilərlə hər hansı problemimiz yoxdur və normal Azərbaycan vətəndaşı kimi yaşaya bilirlər. Təbii ki, hərtərəfli nəzarət mexanizmini düşünərək”.

F.Mustafa həmçinin qeyd edib ki,  bununla da Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər və terrorçu, yaxud da separatçı ermənilər ayrımını diplomatiyada daha sıx-sıx istifadə etməmiz mümkündür.

Günay Rəsulqızı

MEDİA çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərara münasibət

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR