Logo

Peskov Ərdoğanı təriflədi, sonra şikayətləndi - “Ukrayna nümayəndə heyəti sanki “radardan itir”  

Peskov Ərdoğanı təriflədi, sonra şikayətləndi - “Ukrayna nümayəndə heyəti sanki “radardan itir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Hazırda Moskva və Kiyev arasında dövlət başçıları səviyyəsində görüşün keçirilməsi ehtimalı azdır”.

Sfera.az bildirir ki, bunu Kremlin sözçüsü Peskov deyib.

“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar üçün çox yaxşı şəraitin yaradılmasında Ərdoğanın böyük rol oynadığını bilirik. Buna baxmayaraq, Ukrayna nümayəndə heyəti sanki “radardan itir”. Hazırda heç bir danışıqlar prosesi getmir”, deyə o bildirib.

Türkiyənin sülh danışıqlarında vasitəçilik təklifləri ilə bağlı suala cavab olaraq Peskov deyib ki, tərəflər “ev tapşırığını yerinə yetirərsə” iki lider görüşə bilər.

Xatırladaq ki, Ukrayna prezidenti Zelenki daha əvvəl, müharibə ilə bağlı görüşmək istədiyi tək şəxsin yalnız Rusiya prezidenti Vladimir Putin olduğunu demişdi.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR