Logo

Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin açıqlamasında bildirilib.

Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.

“Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib”,- deyə məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR