Çavuşoğlu BMT-nin Baş katibi ilə Ukraynanı müzakirə etdi
Kateqoriya məlum deyil
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Ukraynadan taxıl ixracına dair əldə olunan razılaşma kontekstində son hadisələr müzakirə olunub.






