Putinin “Serbiya gedişi” - Kreml Kosovada gərginlik yaratmaqla nə etmək istəyir?

Putinin “Serbiya gedişi” - Kreml Kosovada gərginlik yaratmaqla nə etmək istəyir?

Dünən gecə saatlarından başlayaraq Kosovanın əsasən serblər yaşayan Kosovska-Mitrovitsa şəhərində atəş səsləri eşidilib və həyəcan siqnalı işə düşüb. Kosovska-Mitrovitsanın şimal-qərbindəki Zupçe şəhərində yük maşını əsas yolu bağlayıb. Jarinje keçid məntəqəsində serblər arasında yaralıların olduğu da gələn xəbərlər arasındadır.

Bundan sonra Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və Kosova ilə sərhəddə barrikadalar qurulub. Kosova xüsusi təyinatlıları isə cavab olaraq sərhədi bağlayıb.

 

Nə baş verir?

 

Serbiya Prezidenti Aleksandr Vuçiç hadisə ilə bağlı Silahlı Qüvvələrinin Baş Qərargahının binasına gəlib. O, hadisə ilə bağlı açıqlamasında qeyd edib ki, Kosova ordusu gecəyarısı ölkəyə hücum etməyi planlaşdırır. "Düşünürəm ki, biz indiki qədər çətin və ağır vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır", - deyə Serbiya prezidenti bildirib.

 

Vuçiçin hadisə ilə bağlı verdiyi açıqlama diqqət çəkir. Məsələ ondadır ki, prezident bu ilin mart ayında Kosovanın Baş naziri Albin Kurtini serblərə hücum etmək qərarına gəlməkdə ittiham etmişdi. Yəni əslində Vuçiç mövcud gərginliyin anonsunu öncədən vermişdi.

 

Ona görə də düşünmək olar ki, mövcud gərginliyin təşkilatçısı məhz rəsmi Belqraddır. Düzdür, Serbiya Avropa Birliyinə üzvlüklə bağlı müraciət edib. Hətta rəsmi namizəd ölkə statusu alıb və üzvlük müzakirələri aparır. Bu gün Serbiya ilə AB arasında iqtisadi əlaqələr genişdir. Rəsmi Belqrada əsas investisiyalar Avropadan gəlir.

 

Lakin bütün bunlara baxmayaraq, Serbiya dövlət siyasətinin prioriteti hər zaman serb millətçiliyi və bunun təzahürü olan “Böyük Serbiya”dır. Belqrad hər vəchlə itirdiyi torpaqları qaytarmaq istəyir.

 

Növbəti serb-alban savaşı ola bilərmi?

 

İndiki məqamda Serbiyanın Kosova ilə müharibə etməsi real deyil. Təbii ki, kiçik insidentlər ola bilər. Lakin bunun lokal müharibə sferasına keçməsi inandırcı deyil.

 

Birincisi, yuxarıda qeyd etdiyim Serbiyanın Avropa Birliyinə üzvlük məsələsidir. Belqradın Kosovaya ehtimal müharibə elanı Avropa Birliyinin üzvlük prosesini sonlandıra bilər.

 

İkincisi, hazırda Kosovada NATO-nun sülhməramlı qüvvələri mövcuddur və ora hər hansı genişmiqyaslı hücum həmin qüvvələrlə qarşı-qarşıya gəlmək deməkdir. Təsadüfi deyil ki, Kosovanın şimalında stabilliyə hər hansı təhlükə yaranacağı təqdirdə NATO missiyası olaya müdaxilə etməyə hazır olduğunu bildirib. Təkcə NATO-nun Kosovadakı qüvvələri belə Serbiya ordusunu dayandırmağa kifayət edir.

 

Pərdəarxasında yenə də Kreml var!

 

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Serbiya-Kosova gərginliyinin təzahür etməsi bu prosesin də pərdəarxasında Kremlin olduğu ehtimallarını artırır. Real yanaşmaq lazımdır ki, nə Kosova, nə də Serbiya belə həssas bir zamanda gərginliyi artıracaq potensiala malik ölkələr deyil.

 

Aydın məsələdir ki, prosesin arxasında yenə də böyük güclər dayanır ki, indiki məqamda bunu edə biləcək ən real güc məhz Rusiyadır. Balkanalarda dondurulmuş münaqişənin yenidən alovlanması şübhəsiz ki, Rusiyanın maraqlarına uyğundur. Rəsmi Kreml bununla Qərbin diqqətini Ukraynadan yayındırmağa çalışır.

 

Kremlə əslində heç də Serbiya-Kosova savaşı gərək deyil. Kiçik insidentlərlə bir qədər vaxt udmaq, Qərbin diqqətini Ukraynadan bu regiona yönəltmək belə indi Rusiyaya kifayət edir. Qarşıdan payız və qış aylarının gəldiyini və Kremlin indidən qərb ölkələrinə mavi qaz üzərindən təziq etdiyini nəzərə alsaq, rəsmi Moskvanın əslində nə etmək istədiyi bəlli olur.

 

Nəticə etibari ilə Serbiya strateji seçimini Avropa Birliyinə etsə də, Serb xalqının və dövlətinin tarixi dost-müttəfiq Rusiya ilə əlaqələrə böyük dəyər verməsi də danılmaz bir həqiqətdir.

 

Turan Rzayev

sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...