ABŞ vasitəçilik təşəbbüsündə səmimi deyil: Manevr imkanlarını qorumaq lazımdır

ABŞ vasitəçilik təşəbbüsündə səmimi deyil: Manevr imkanlarını qorumaq lazımdır

“Vaşinqton Bakı ilə İrəvan arasında əlaqələrin normallaşması istiqamətində son vaxtlar xüsusi fəallıq nümayiş etdirir. Xatırladaq ki, iyulun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı E.Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Dövlət katibi, həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstək verməyə hazır olduğunu bildirib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, Ağ Ev heç də səmimi deyil:

 

“Sadəcə Rusiya ilə Ukrayna arasında davam edən müharibə ABŞ üçün əlverişli fürsət yaradıb. Daha doğrusu, savaşın "rejissoru"nun məhz Qərb olduğunu nəzərə alsaq, bu proseslər də həmin "ssenarinin" davamı kimi qiymətləndirilməlidir. ABŞ vasitəçilik təşəbbüsü ilə ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı təsir gücünü azaltmaq niyyətindədir. Ağ Ev istəyir ki, savaş başa çatandan sonra Kremlin regiona təsir imkanı olmasın. 


İkincisi, ABŞ bu yolla Rusiyanı qonşularının dəstəyindən məhrum etməyə çalışa bilər. Bildiyiniz kimi, Azərbaycan indi savaşla bağlı neytral mövqe sərgiləyir. Bəlkə d,  Vaşinqton istəyir ki, bu yolla Bakının diqqətini çəksin. Yəni Ağ Evdə ABŞ-ın jestinə cavab olaraq Azərbaycanın tamamilə Rusiyadan üz çevirəcəyini düşünmələri istisna deyil. Vaşinqtonun səylərini qiymətləndirmək olar. Bir şərtlə ki, bu, bizim dövlət maraqlarımıza zərbə olmasın. Yəni ehtiyatla davranmaq, manevr imkanlarını daim qorumaq lazımdır. Ümumiyyətlə, ABŞ-ın daimi vasitəçiliyinə ehtiyac yoxdur. Bu, sadəcə hansısa mərhələdə keçərli ola bilər. Ümumilikdə isə Ağ Ev səmimi deyil, öz maraqlarını düşünür. Vaşinqton regionda "suların durulması"nı istəmir. Əks halda çoxdan, hələ Minsk Qrupu fəaliyyət göstərdiyi zamanlarda məsələni həll edərdi. Fikrimcə, bundan sonrakı təmaslar vasitəçisiz, ikitərəfli formatda davam etməlidir”.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...