Logo

Cəmil Həsənli Milli Şuradan gedir

Cəmil Həsənli Milli Şuradan gedir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getmək niyyətindədir.

Sfera.az xəbər verir ki, Cəmil Həsənli bu barədə İngiltərədə BBC Azərbaycanca-ya müsahibəsində bildirib.

“Mən Milli Şura sədrliyindən getməklə bağlı bir təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”, - deyə Cəmil Həsənli qeyd edib.

O, həmçinin vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR