Logo

Borrel: "İran üçün bundan yaxşı şərait olmayacaq”

Borrel: "İran üçün bundan yaxşı şərait olmayacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İran nüvə razılaşmasını indi imzalamalıdır. Sizin üçün bundan yaxşı şərait olmayacaq”.

Sfera.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel "The Financial Times”də dərc olunan məqaləsində bildirib.

"Qərb maksimum çeviklik nümayiş etdirib və İran daha əlverişli şərtlər almayacaq”, - o vurğulayıb.

Ali nümayəndə qeyd edib ki, razılaşmadan imtina nüvə böhranı riskini əhəmiyyətli dərəcədə artıracaq, eləcə də İranın və vətəndaşlarının beynəlxalq təcridi ilə nəticələnəcək.

Bir müddət əvvəl nüvə məsələsi üzrə "altılıq” və Avropa İttifaqı ilə danışıqlarda İran nümayəndə heyətinin başçısı Əli Baqiri-Qəni öz təkliflərinin olduğunu bildirimişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR