Belə davam etsə, İsveç və Finlandiyaya müsbət cavab verilməyəcək - Ərdoğandan QƏTİ MÖVQE
Kateqoriya məlum deyil
İsveç və Finlandiya terrorçular məsələsində Türkiyədən güzəşt gözləməsin.
Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, İsveç və Finlandiya terrorçular məsələsində addım atmayıb:
“Hər iki ölkə Türkiyə ilə münasibətləri yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırır. Belə davam edəcəyi təqdirdə, Türkiyə sözügedən ölkələrin NATO-ya üzvlüyünə müsbət cavab verməyəcək”.






