\"ABŞ-ın köməyi də Ukraynanı xilas etməyəcək\" - Trampdan ŞOK AÇIQLAMALAR
"Ukraynaya pul vermək sadəcə bizim işimiz olmamalıdır. ABŞ-ın həddindən artıq problemi var. Avropa da Kiyev üçün əlini cibinə atmalıdır".
Sfera.az xəbər verir ki, bunu ABŞ-ın əvvəlki prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, Avropa keçmişdə ABŞ-dan faydalanıb indi də Ukrayna məsələsində buna davam edir:
"Ukraynaya indiyədək 60 milyard dollardan çox pul vermişik. Açığı bizdən qat-qat çox təsirlənən Avropa ölkələri bu rəqəmin çox cüzi bir hissəsini verib. Əgər mən hələ də vəzifədə olsaydım, Avropaya deyərdim ki, sən də bizimlə eyni məbləğdə pul verməlisən, onlar da bunu edəcəkdilər. Ancaq biz özümüz pul verməyə davam edirik".
Tramp vurğulayıb ki, ABŞ-ın köməyi də Ukraynanı xilas etməyəcək:
"ABŞ-ın böyük köməyi belə Ukrayna üçün vəziyyəti dəyişməyə kifayət etməyəcək. Rusiyanın hərbi gücü Ukraynanın hərbi gücünün 35 qatıdır. İndi bu məsələni həll etmək daha çətindir... Göndərdiyimiz silahları məhv etməyə çalışırlar. Çox piş şeylər olur".
Tramp ABŞ-dakı inflyasiyaya görə, Bayden hakimiyyətini günahlandırıb:
"35 trilyon dollar borcumuz var. İnflyasiya rekord həddə çatıb. Mənim prezidentliyim dövründə ABŞ-ın Rusiya, Çin və Şimali Koreya ilə heç bir problemi yox idi və heç kim Ukraynadan danışmırdı. Baydenin hakimiyyətdə olduğu 2 il ərzində ABŞ ən güclüdən ən zəifə doğru getdi. Artıq heç kim ABŞ-a hörmət etmir".
Vəsilə İbrahim,
Sfera.az