Logo

ABŞ Türkiyənin məhv etdiyi terrorçuya görə başsağlığı verdi - FOTO

ABŞ Türkiyənin məhv etdiyi terrorçuya görə başsağlığı verdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Türkiyənin zərərsizləşdirdiyi terrorçu ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Sfera.az xəbər verir ki, sözügedən mesaj ABŞ Silahlı Qüvvələrinin rəsmi tvitter səhifəsində yayımlanb.

Mesajda deyilir:

“Suriya Demokratik Qüvvələri (SDQ) komandanının müavini Salva Yuşuk (digər adı ilə Ciyan Afrin) 2 qadın döyüşçü ilə birlikdə 22 iyul 2022-ci ildə Suriyanın Qamışlı yaxınlığındakı hücumda həlak olub”.

Paylaşıma iyulun 22-də Qamışlıda öldürülən “Ciyan Afrin” kod adlı Salva Yuşukun fotosu da əlavə edilib.

Terrorçunun Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm rol oynadığı bildirilib.

Qeyd edək ki, sözügedən terrorçular Türk Silahlı Qüvvələrinin iyulun 22-də keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdiriliblər.

ABŞ Türkiyənin məhv etdiyi terrorçuya görə başsağlığı verdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR