Logo

Conson Britaniyadakı təlim poliqonunda Ukrayna hərbçilərinə baş çəkdi - VİDEO

Conson Britaniyadakı təlim poliqonunda Ukrayna hərbçilərinə baş çəkdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniyanın Baş naziri Boris Conson Ukrayna hərbçilərinin təlim keçdiyi poliqonu ziyarət edib.

Sfera.az xəbər verir ki, bu barədə videonu Böyük Britaniya hökuməti yayımlayıb.

“Bu həftə mən Şimali Yorkşirdə Britaniya Silahlı Qüvvələrində təlim keçən Ukrayna əsgərlərinə baş çəkdim. Böyük Britaniya Ukraynaya Rusiyanın təcavüzünü dəf etmək üçün əlindən gələn köməkliyi etməkdə qərarlıdır”, - deyə videonun başlığında deyilir.

Kadrlarda Consonun küçə döyüşü ilə məşğul olan bir qrupla görüntüləri yer alıb. Görüntülərdə baş nazirin necə təlim qumbarası atdığını, iriçaplı pulemyotun arxasına keçdiyini və NLAW tank əleyhinə kompleksi işə saldığını görmək mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR