Britaniyanın gələcək kralının yeni portreti təqdim olundu – FOTO
Kateqoriya məlum deyil
İyulun 22-də şahzadə Uilyam və Keyt Middltonun böyük oğlu Corcun doqquz yaşı tamam olub.
Sfera.az unian-a istinadən xəbər verir ki, bu münasibətlə Kembric hersoqları Britaniya taxt-tacı varisinin yeni portretini təqdim ediblər.
Qeyd edək ki, şahzadə Corc 2013-cü ildə Londonun Paddinqton şəhərindəki Müqəddəs Məryəm Xəstəxanasında anadan olub. Şahzadə Diananın oğulları - Uilyam və Harri də eyni xəstəxanada doğulublar.






