Ağ Ev Ərdoğana təşəkkür etdi
Kateqoriya məlum deyil
Ağ Ev bu gün İstanbulda imzalanan Ukraynadan taxıl ixracına dair razılaşmaya münasibət bildirib.
Sfera.az Haber Global-a istinadən bildirir ki, ABŞ Prezidentinin Administrasiyasından verilən açıqlamada sazişin müsbət qarşılandığı qeyd edilib.
Həmçinin, Ağ Ev bu məsələdəki səylərinə görə BMT baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.






