Kraliça II Elizabetin zinət əşyaları SƏRGİDƏ - FOTOLAR
Kateqoriya məlum deyil
Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümünü qeyd etmək üçün Londonda xüsusi sərgi keçirilir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, sərgi "Bukingem" sarayında təşkil edilib.
Sərgidə kraliçanın taxtda oturduğu ilk illərdə çəkilmiş fotoşəkilləri və bu fotoşəkillər çəkilərkən taxdığı zinət əşyaları yer alır.
Sərgidəki fotoşəkillərin sayı 24-ə çatır. Hamısı kral fotoqrafı Doroti Uildinq tərəfindən çəkilib.
(lent.az)
















