İsrail XİN-dən səfirin hədəsinə reaksiya: "Bu rejim Təbrizi ən pis həddə çatdırıb..."

İsrail XİN-dən səfirin hədəsinə reaksiya:

İsrailin Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini Təbrizlə bağlı paylaşım etdiyinə görə hədələməsinə münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə departamentinin müavini Coşua Zarka sosial şəbəkələrdə paylaşım edib.

 

O, İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Dikin Təbrizlə bağlı kitabın fotosunu yaymasına görə etdiyi paylaşımına reaksiya verib.

 

“İran bir terrorçunun həbsinə görə İsveç vətəndaşlarını qaçırmaqla hədələyir. İranın Azərbaycandakı səfiri kitab oxuduğu üçün səfirimizi təhdid edir. Bu rejim ölkəni və xalqını, o cümlədən Təbrizi ən pis həddə çatdırıb və hamı ilə qarşıdurmalar yaradıb”, - Coşua Zarka yazıb.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...