Sülhməramlılar separatçılara açıq dəstək verir... – Hansı silahlar daşınır?

Sülhməramlılar separatçılara açıq dəstək verir... – Hansı silahlar daşınır?

"Rusların Qarabağa qanunsuz silah daşınmasına şərait yaratdığı bəlli məsələdir. Bu fakt silahın birbaşa sülhməramlılar tərəfindən daşındığını təsdiq edir".

 

Bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Azərbaycan əsgərlərinin Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd “Ural” markalı avtomobili dayandırması və avtomobillərindən birindən 5 ədəd Kalaşnikov avtomatı aşkarlamasını şərh edərkən deyib.

 

Ekspertin sözlərinə görə, prosesin qarşısını almaq  və vəziyyətə nəzarəti ələ almaq üçün erməni terrorçuların yeni səngərinin havaya uçurulmasından başqa yol yoxdur:

 

“Karvanın saxlanılması Bakının bölgədə nəzarəti gücləndirməsindən xəbər verir. Bu hadisənin dövlət başçısı İlham Əliyevin son xəbərdardarlığından sonra olması da diqqətçəkən məqamdır. Onu da qeyd edim ki, erməni terrorçular Xocalıda rus sülhməramlılarının gözü önündə səngər qazırlar. Azərbaycan Ordusunun xəbərdarlıq atəşindən sonra əraziyə sülhməramlılar gəlib, lakin iş dayandırılmayıb. Rusların müşayiəti ilə gecə saatlarına qədər qazıntı işləri aparılıb”.

 

A. Nərimanlının sözlərinə görə, Separatçılar “müdafiə xəttini” gücləndirməyə hazırlaşırlar:

 

“Ruslar separatçı-terrorçu rejimin mövcudluğunu qorumaq üçün onların “müqavimət” fəaliyyətinin güclənməsinə şərait yaradırlar. Prosesin qarşısını önləmək və vəziyyətə nəzarəti ələ almaq üçün erməni terrorçuların yeni səngərinin havaya uçurulmasından başqa yol yoxdur”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...