Qarabağda qalan ermənilər nə zaman çıxarılacaq? - Tbilisi görüşündən dərhal sonra...

Qarabağda qalan ermənilər nə zaman çıxarılacaq? - Tbilisi görüşündən dərhal sonra...

Ermənistan Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılma prosesinin başlandığını elan edib. Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan sentyabra qədər prosesin başa çatacağını deyib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Asif Nərimanlı deyib ki, İrəvanın prosesə indi başalaşması, yaxud bunu indi elan etməsinin səbəbi bəllidir:

“Prezident İlham Əliyev bildirdi ki, Rusiya iyun ayında erməni qoşunların Azərbaycan ərazisindən çıxarılacağı vədini verib, lakin icra edilmir və anti-terror əməliyyatının anonsunu verən prezident addımların da XİN rəhbərlərinin görüşünün nəticəsinə uyğun atılacağını elan etdi. Bayramov-Mirzoyan görüşündə Bakının əsas tələbindən birinin məhz bu olduğu bəllidir: Mirzoyana hərbi müstəvidə atıla biləcək addımlar izah olunub. Tbilisi görüşündən dərhal sonra İrəvanın 10 noyabr bəyanatının 4-cü bəndinin icrasına başlaması da Bakının hərbi müstəvidə atacağı addımların qarşısını almağa hesablanıb. Görünür, İrəvanda da, Moskvada da Bakının blef etmədiyini, erməni ordusunun qalıqlarının çıxarılmayacağı təqdirdə anti-terror əməliyyatının başlayacağını anlayıblar”.

Politoloq əlavə edib ki, Ermənistanın rəsmi açıqlaması müəyyən şübhələr yaradır:

“Qriqoryan bildirir ki, “44 günlük müharibə zamanı Qarabağa yerləşdirilən qoşunlar çıxarılır. Ermənistan ordusunun bir sıra birlikləri müharibə dövründə “müdafiə ordusunun” köməyinə gəlib, bu təbiidir”. İrəvan münaqişənin mövcud olduğu dövrdə Qarabağdakı erməni qoşunları separatçıların “müdafiə qüvvələri” adlandırırdı. Bu açıqlama da həmin mövqeyin davamı kimi verilə bilər, yəni “Ermənistan bölgəyə qoşunları müharibə dövründə göndərib”. İrəvan müharibə dövründə Qarabağa göndərdiyi qoşunları çıxara, müharibədən əvvəl bölgədə mövcud olan “hərbi birlikləri” separatçıların “ordusu” olaraq saxlaya bilər: Qriqoryan onları “bir neçə birlik” olaraq qeyd edir. Qriqoryanın separatçıların qondarma “müdafiə ordusu”nun qalacağına dair dedikləri də çıxarılma prosesinin qeyri-şəffaflığı ehtimalını gücləndirir”.

Ekspert deyib ki, Bakının prosesə nəzarət etmək imkanı var:

“Birincisi, bölgədə Ermənistan ordusunun nə qədər qüvvəsinin olduğuna dair informasiya Azərbaycan dövlətində bu və ya digər formada mövcuddur. İkincisi, Paşinyan 10 noyabr bəyanatını imzaladıqdan sonra bunu “bölgədəki 20-25 minlik erməni hərbçisinin mühasirədən çıxarmaq” üçün etdiyini bildirmişdi: hazırda ən azı 15-20 min erməni hərbçisinin qalması mümkündür. Üçüncüsü, erməni qoşunlar və hərbi texnikası Laçın dəhlizindən çıxarılacaq: Azərbaycan dəhlizdə vizual müşahidəni gücləndirə, prosesin dəqiqliyini yoxlaya bilər”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...