Zəngəzur dəhlizi niyə İranı bu qədər narahat edir?: “Azərbaycan bu məsələsini silahla həll edərsə..”

Zəngəzur dəhlizi niyə İranı bu qədər narahat edir?: “Azərbaycan bu məsələsini silahla həll edərsə..”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşündə diqqət çəkən əsas məqam Zəngəzur dəhlizi ilə bağlı olub”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, dini rəhbərin səsləndirdiyi fikirlər Tehranın bu dəhlizə qarşı olduğunu ortaya qoyub:

“Seyid Əli Xamneyi, "Təbii ki, işin içində İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”, deyə söyləyib. Göründüyü kimi İranın dini rəhbəri konkret olaraq Zəngəzur dəhlizinə qarşı çıxır. Amma Azərbaycan bu dəhlizdən İranın istifadə etməsini daima qeyd edir. Təbii ki, burada Tehran Türkiyənin bu dəhliz vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətindən narahatdır. Bundan əlavə, İranın dini rəhbəri Qarabağın işğaldan azad olunmasının məmnunluğunu qeyd etsə də, bu işin içində Zəngəzur dəhlizinin olmasından narahatlığını ifadə edib. Tehran hesab edir ki, bu dəhliz İran-Ermənistan sərhədini bağlayır. Xamneyinin bu yanaşması İranın Azərbaycana və Türkiyəyə düşmənçilik siyasətinin bariz nümunəsidir”.

Müsahibimiz deyib ki, bu illər ərzində İran Azərbaycan ərazilərinin işğalında maraqlı olub:

“Artıq işğal sona çatıb, Tehran əlavə bəhanələr ortaya atır. Demək olar ki, İran "Zəngəzur" dəhlizinə qarşıdır. 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndinə əsasən dəhlizin verilməsi ilə bu ərazi Ermənistanın nəzarətindən çıxır və birbaşa dəhlizə Rusiya FTX nəzarət edəcək. Rusiya da dəhlizdə maraqlı deyil. Sadəcə, kommunikasiyaların açılmasını vurğulayır. Azərbaycan dəhliz məsələsini silahla həll edərsə, önümüzdə İran olsa, qarşısında Türkiyə olacaq. Sonda, İran məğlub olacaq”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...