Tehranda Türkiyə və Rusiya liderləri görüşdü: Putin Ərdoğana təşəkkür etdi
Kateqoriya məlum deyil
Astana üçlüyünün sammitində iştirak etmək üçün İrana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, görüş zamanı Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələləri, iqtisadi və ticarət sahəsində layihələrin həyata keçirilməsi müzakirə olunub.
Həmçinin bir sıra beynəlxalq mövzular, o cümlədən Suriya və Ukrayna ilə bağlı vəziyyət, xüsusən də Ukrayna taxılının ixracı problemi ətrafında da fikir mübadiləsi aparılıb.
Putin ərzaq problemlərinin həlli üçün vasitəçilik səylərinə görə Ərdoğana təşəkkür edib.






