Logo

Ceyhun Bayramov Brüsseldə Zəngəzur dəhlizindən DANIŞDI

Ceyhun Bayramov Brüsseldə Zəngəzur dəhlizindən DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zəngəzur dəhlizinin açılması Avropa İttifaqı-Azərbaycan nəqliyyat əlaqələri gündəliyinə tam uyğun gəlir.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 3 üçtərəfli bəyanat, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən ev sahibliyi edilmiş Azərbaycan və Ermənistan liderləri arasındakı yüksək səviyyəli görüşlər Azərbaycan və Ermənistan arasında normallaşmanın əsas istiqamətlərini müəyyənləşdirir . İstiqamətlərdən biri Zəngəzur dəhlizi də daxil olmaqla, nəqliyyat əlaqələrinin açılmasıdır. Bu, bizim Aİ ilə olan nəqliyyat əlaqəsi gündəliyimizə tam uyğun gəlir”, - XİN rəhbəri qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR