“Bakının son gedişləri Rusiyanı qıcıqlandırmaya bilməz” - Açıqlama

“Bakının son gedişləri Rusiyanı qıcıqlandırmaya bilməz” - Açıqlama

Bu gün Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Alyansın baş katibi Yens Stoltenberq arasında görüş keçiriləcək.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, görüşdə müzakirə olunacaq xeyli mövzu var və bunlardan biri Cənubi Qafqazdakı durum, o cümlədən Ermənistanla əlaqələrin normallaşma prosesidir:

 

“NATO Rusiya ilə Ukrayna arasında davam edən müharibədən istifadə edərək regionla bağlı öz maraqlarını həyata keçirməyə davam edir. Azərbaycanın son dövrlərdəki xarici siyasəti Rusiyanı qıcıqlandırmaya bilməz. Rəsmi Bakının savaşla bağlı neytral mövqeyi, Prezident İlham Əliyevin erməni silahlı birləşmələrinin Qarabağdan çıxması barədə tələbi, sülhməramlılar haqqında səsləndirdiyi fikirlər, həmçinin Avropa İttifaqı ilə qaz ixracına dair imzalanan sənəd, əlbəttə, Kremlin xoşuna gəlmir. Moskvanın qıcıqlanması isə NATO-nun ürəyincədir. NATO Rusiyanı sıxışdırmağa davam edir. Kremlin Cənubi Qafqazdakı dayaqlarının zəiflədilməsi də bu məsələyə daxildir. Alyans regionda sabitliyin bərpa olunmasına töhfə verməklə buna nail ola bilər. Bu, Azərbaycanın da maraqlarına cavab verir. NATO müttəfiqləri düşünürlər ki, Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq və regiondakı “düyünü açmaqla” Rusiyanın bu ölkələrə təsirini minimuma endirə bilərlər. Əlbəttə, bu zaman şimal qonşumuz daha da təklənəcək. Bu mənada Alyansla Azərbaycan arasında Cənubi Qafqazla bağlı əldə olunması ehtimal edilən razılıqlar hər iki tərəfin marağına cavab verir”.

 

Müsahibimiz qeyd edib ki, diplomatların Rusiya ilə Ukrayna arasında davam edən savaş barədə danışacaqları da şübhəsizdir:

 

“NATO Azərbaycanın mövqeyindən əmin olmaq istəyir. Alyans istəyir ki, Bakı Moskvaya onun arzuladığı münasibəti göstərməsin. Bunun üçün isə NATO Azərbaycanın maraqlarının təmin olunmasına çalışmalıdır.  Həmçinin görüşdə, ola bilsin, İsveç və Finlandiyanın Alyansa mümkün üzvlüyü də müzakirə olunsun. Şübhəsiz ki, Ceyhun Bayramov bu mövzuda Türkiyənin mövqeyini dəstəkləməlidir.   Azərbaycan XİN başçısı ilə Stoltenberqin görüşü bütün hallarda müsbət haldır. Bu, dünyanın ən böyük hərbi- siyasi ittifaqı olan NATO- nun Azərbaycana göstərdiyi diqqətin göstəricisi olmaqla yanaşı, həm də yeni fürsətlər deməkdir.   İndi Alyansın bizim köməyimizə ehtiyacı var. Azərbaycan müharibə ilə bağlı NATO- nun istədiyi mövqeyi sərgiləyə bilər. Amma gərək bunun əvəzində sözügedən qurum da Azərbaycanın maraqlarını təmin etsin.  İstənilən halda bu günkü görüşün ciddi nəticələrlə yadda qalacağına inanıram. Baş katibin səsləndirəcəyi bəyanatlar isə, sözsüz ki, NATO ilə Azərbaycan arasında əlaqələri növbəti təzahürü kimi qiymətləndirilməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...