Putinin bunkerdən çıxışı və İran səfəri – O, Ərdoğan və Rəisi ilə nələri müzakirə edəcək?

Putinin bunkerdən çıxışı və İran səfəri – O, Ərdoğan və Rəisi ilə nələri müzakirə edəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda səfərdədir. Dövlət başçısı ölkə prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanıb. Ərdoğan səfər zamanı rusiyalı həmkarı Putinlə də ikitərəfli görüş keçirəcək.

 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan məlum görüşdə müzakirə ediləcək məsələlər və bunun Azərbaycan üçün nəticələri barədə fikirlərini Sfera.az-la bölüşüb.

 

Politoloq bildirib ki, Tehranda Azərbaycanın 3 böyük qonşusu - Rusiya, İran və Türkiyə prezidentlərinin görüşündə ilk növbədə ölkələrin öz aralarında olan problemlərinin müzakirə olunacağı gözlənilir:


“Rusiya-İran, Türkiyə-İran arasında bir sıra məsələlərlə bağlı razılığa gəlinəcək, yaxud müzakirə olunacaq məsələlər var. Məsələn, Rusiya-Türkiyə arasında Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, Rusiyadan ötürülən təbii qazın Avropaya çatdırılması, Ukraynada yığılıb qalmış taxılın Türkiyə ərazisindən dünya bazarına çatdırılması kimi mövzular masadadır”.

 

Politoloq qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağı istisna olunmur:

 

“İlk növbədə Zəngəzur dəhlizinin açılması, “3+3” formatında görüşlərin keçirilməsi, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya xəttilə bağlı danışıqlar, işçi qrupun fəaliyyəti, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti, Türkiyə ilə Rusiyanın atəşkəslə bağlı keçirdiyi monitorinqin nəticələri kimi məsələlərin müzakirə olunacağı da gözlənilir. Bu, onu deməyə əsas verir ki, 3 ölkə prezidentinin görüşü Cənubi Qafqazda, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasına yardım edə bilər. Eləcə də 2020-ci il 10 noyabrda qəbul edilmiş bəyannamədəki erməni hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması məsələsi və icrası Türkiyə rəhbəri tərəfindən Rusiya prezidentinin diqqətinə çatdırıla bilər. Bütün bunların hamısı şübhəsiz regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığa təkan verə bilər”.

 

S.Soltan hesab edir ki, bu, həm də Putinlə bağlı gəzən müxtəlif şayiələrə cavab ola bilər:

 

“Putinin bunkerdə qalması və heç bir xarici səfərlərə getməməsi haqda şayiələr deyilir. Bu, Putinin müharibədən bəri keçmiş postsovet məkanından sonra xarici ölkəyə ilk səfəri sayılır. Bunu bir növ işıq üzünə çıxması kimi də qiymətləndirmək olar. Hər halda görüşlər və danışıqlar müharibədən daha yaxşıdır. Bu müzakirələr tərəflərin üzərinə götürdüyü öhdəliklərin və onların icra vəziyyətinin gedişini yoxlamağa imkan verir”.

 

Yeganə

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb.  Sfera.az xəbər verir ki, Minn...