BRİKS-də fərqli maraqlar var - ŞƏRH

BRİKS-də fərqli maraqlar var - ŞƏRH

“BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələrinin illik sammiti videoformat çərçivəsində həyata keçirilib. İyunun 23-də reallaşan sammitə Çin sədrlik edib. Bundan əvvəlki sədr Hindistan idi. Videoformat çərçivəsində keçirilən sammitdə problem yaşanıb. Rusiya mətbuatı liderlərin müzakirəsi zamanı səs probleminin olduğunu yazıb, yəni liderləri bir-birlərini eşitməkdə çətinlik çəkiblər. Tərcüməçilərin səslərini eştimək mümkün olmayıb”.

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, keçən sammitdən ötən müddətdə beynəlxalq aləmdə müxtəlif dəyişikliklər baş verib:

 

“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb, Qərbin Rusiyaya qarşı sanksiyalar sərtləşib, Çin bölgədə hərbi gücünü artırıb, ərzaq problemi dərinləşib və s. Maraqlıdır ki, videoformat çərçivəsində keçirilən sammitdə heç bir lider Ukrayna müharibəsindən danışmayıb, ümumiyyətlə Ukrayna sözünü tələffüz etməyiblər. Rusiya Prezidenti Vladimir Putin başqalarıyla bu mövzunu müzakirə etmək istəmir. Odur ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan dövlətlərin liderləri Putini rahatsız etmək istəməyiblər.

 

Digər tərəfdən heç bir lider, o cümlədən tərəfdaşlar Rusiyanın Ukraynaya qarşı müharibədə haqlı olduğunu vurğulamaq istəmir. 

 

BRİKS liderləri sammitdə dünya ticarətindəki mövcud vəziyyəti və öz aralarında iqtisadi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə ediblər. Bunu reallaşdırmaq çətindir. Çünki BRİKS təşkilatının iki əsas üzvü – Rusiya və Çinə qarşı müxtəlif sanksiyalar mövcuddur. Digər tərəfdən BRİKS üzvü Hindistanın Çinlə sərhəd problemi var və buna görə Dehli Pekinlə iqtisadi əlaqələri və ticarəti gücləndirməyə risq etmir. Əksinə, sərhəddə baş verən son insidentdən sonra Dehli Pekinlə planlaşdırdığı bir sıra ortaq iqtisadi layihədən imtina edib. Digər tərəfdən Rusiya və Çindən fərqli olaraq BRİKS-in digər 3 üzvü – Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ABŞ və Avropa ilə iqtisadi əməkdaşlığın inkişafına və strateji əlaqələrə çalışırlar. Odur ki, BRİKS sadəcə fikir mübadiləsi üçün bir platformadır. Braziliya, Hindistan və Cənubi Afrika Respublikası Rusiya və Çinin xeyrinə Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcəklər. Təsadüfi deyil ki, Hindistan və Cənubi Afrika Respublikası “böyük yeddilərin” toplantısına dəvət olunmuşdular. Rusiya BRİKS-ə yeni üzvlər qoşmağa cəlb etsə də bu təşkilatın ABŞ və müttəfiqlərinin formalaşdırdıqları təşkilatlardan üstün olacağı və ya onlarla rəqabət aparacağı problematikdir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...