Bu ölkə Rusiya ilə bütün diplomatik əlaqələrini DONDURDU

Bu ölkə Rusiya ilə bütün diplomatik əlaqələrini DONDURDU

Finlandiya Rusiya ilə bütün diplomatik əlaqələrini dondurub.

 

Sfera.az xəbər verir bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov “Rossiya-24” telekanalının efirində bildirib.

 

"Son aylarda finlandiyalı - yaxın vaxtlara qədər yaxşı- dostlarımız mümkün olan hər şeyi etdilər ki, son onilliklər ərzində bütün səviyyələrdə və bütün sahələrdə toplanmış böyük ikitərəfli əməkdaşlıq potensialı praktiki olaraq dayandırılsın. Demək olar ki, bütün hökumətlərarası və idarələrarası əlaqələrimiz dondurulub”.

 

Kuznetsov qeyd edib ki, hökumətlərarası təmaslardan əlavə iki ölkə arasındakı ticarət və iqtisadi əməkdaşlıq da iflasa uğrayıb:

 

"Finlandiya biznesi Rusiya bazarını tərk edir, Rusiya biznesi isə sistemli şəkildə Finlandiyadan sıxışdırılır. Elm, təhsil, mədəniyyət, idman sahəsində bütün layihələrə, əlaqələrə son qoyulub. Rayonlar, qardaş şəhərlər, ictimai təşkilatlar arasında əlaqələr kəsilib. Ona görə də pisləşəcək bir şey yoxdur, hər şey artıq pisləşib".

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...