Rusiyaya qarşı yeni cəbhə açılır? - "Hədəfə çatana qədər Kremli sıxışdıracaqlar..."

Rusiyaya qarşı yeni cəbhə açılır? -

"Rusiyanın qarşıya qoyduğu çağırış 2022, 2023 və ya 2024-cü ildən daha uzun müddət davam edəcək. Potensial olaraq, söhbət Rusiyanın təhlükə olaraq qalacağı onilliklərdən gedir. Bu, keçən il təqdim etdiyimiz geniş icmalda açıq şəkildə vurğulanıb. Hesab edirəm ki, indi Ukraynanın işğalı səbəbindən təhlükə artıb”.

Bunu Böyük Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahının rəhbəri, admiral Toni Radakin deyib. Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Maykl Uiqston isə söyləyib ki, Rusiya ilə mümkün toqquşmaya hazır olmaq lazımdır.

 

Onun sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatını davam etdirməsi London və Avropa üçün təhlükədir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya Qərb, o cümlədən Britaniya üçün arzuolunmaz dövlətdir:

 

“Kreml bir çox hallarda kollektiv Qərbin planlarına mane olur. Bu, bir sıra regionlara, o cümlədən də Cənubi Qafqaza aiddir.  Şərqi Avropada davam edən müharibə Qərblə Kreml arasında münasibətləri daha da gərginləşdikməklə yanaşı, həm də Rusiyanı istər- istəməz zəiflədir. Bu, əslində Britaniya və müttəfiqlərinin Rusiyaya müharibə elan etmələri üçün fürsətdir. Bəhanə isə hazırdır: rəsmi Moskvanın Avropada sülh və sabitliyi təhdid etməsi. Nəzərə almaq lazımdır ki, artıq beş aydır davam edən müharibənin "rejissoru" da məhz Qərb idi. Əvvəlcə Ukrayna "bataqlığa" çevrildi, sonra isə Rusiya bu "bataqlığa" çəkildi. Deməli, oxşar ssenarinin təkrarlanması istisna deyil.  Kreml indi aqressivdir. Bu isə o deməkdir ki, səhv etmək ehtimalı daha çoxdur. Qərb bu fürsətdən istifadə etmək istəyə bilər. Xüsusilə İsveç və Finlandiya "kartı" hələ də "kozur" olaraq qalır”.

 

Müsahibimiz bildirib ki, əgər perspektivdə Belarus birbaşa olaraq müharibəyə qoşularsa, bu zaman Britaniyanın Ukraynaya dəstəyi daha da arta bilər:

 

“Başqa sözlə, Qərbin Rusiyaya təzyiqləri güclənər.  Britaniyanın Rusiyaya birbaşa hücum edəcəyi ağlabatan deyil. Amma Kremli qıcıqlandırması mümkündür. Qərb və müttəfiqlərinə lazım olan Rusiyanın sadəcə ilk addımı atmasıdır. Bundan sonra isə savaşın miqyası daha da genişlənə bilər. Yəni yaxın gələcəkdə Moskvanı qıcıqlandıracaq addımların atılması gözləniləndir.  Beləliklə, əgər bir çox ekspertin düşündüyü kimi, Qərbin məqsədi, həqiqətən, Rusiyanı idarə olunan duruma salmaqdırsa, onda hədəfinə çatanadək prosesləri davam etdirəcək, yeni cəbhələr açılacaq, Kreml sıxışdırılacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...