“Müharibə Rusiya ərazisinə keçəcək” – ABŞ-dan Ukraynaya 100 milyon dollarlıq VACİB DƏSTƏK

“Müharibə Rusiya ərazisinə keçəcək” – ABŞ-dan Ukraynaya 100 milyon dollarlıq VACİB DƏSTƏK

Ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası ukraynalı pilotlara "F-15" və "F-16" qırıcılarının idarə edilməsi ilə bağlı təlim keçilməsi üçün 100 milyon dolların ayrılmasını təsdiqləyib.

Bununla bağlı Sfera.az-a açıqlama verən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, bu qərar o deməkdir ki, pilotların hazırlığı başa çatanda Ukrayna həmin təyyarələri alacaq:

 

“Başqa sözlə, Rusiyanın Ukrayna səmasında üstünlüyü aradan qaldırılacaq və bəlkə də müharibə onun öz ərazisinə keçəcək. Göstərilən təyyarələri heç bir halda müdafiə silahı adlandırmaq olmaz. Ən azı, Rusiyanın Qara dəniz sahili boyunca əraziləri və həmçinin eyni adlı dənizdə yerləşən donanması hədəfə alınacaq. Beləliklə də Moskvanın dənizləri nəzarətə götürmək strategiyası sual altına düşəcək. Digər tərəfdən də ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı körfəz ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşdə ölkəsinin Yaxın Şərqi Rusiyaya və ya Çinə güzəştə getməyəcəyini bəyan etdi. Bu bəyanat həm də geosiyasi mübarizənin həlledici mərhələyə keçdiyinin anonsu idi. Bayden həmçinin iki mühüm məsələyə dair konkret mövqe sərgiləyib: Qüds hər 3 dinin nümayəndələrinin mərkəzidir və Fələstin dövləti 1967-ci il sərhədləri çərçivəsində olmalıdır. Beləliklə, İsrailin ərəb ölkələri ilə yaratmağa çalışdığı koalisiyanın baş tutmadığını artıq demək olar. Səudiyyə Ərəbistanının "öncə Fələstin dövləti, ardınca da İsraillə sülh" bəyanatı da dolayısı ilə buna işarədir”.

 

Politoloq qeyd edib ki, indi ağırlıq mərkəzi Cənubi Qafqaza və Mərkəzi Asiyaya keçir:

 

“Çünki geosiyasi kontekstdə Xəzərlə Qara dəniz vahid geosiyasi konstruksiya kimi nəzərdə tutulur. Rusiyanın Xəzərdə məhdudlaşdırılması isə təkcə postsovet ölkələrlə əməkdaşlıq çərçivəsində mümkün deyil. Bu məsələdə ABŞ həm də Türkiyə və İranla anlaşma əldə etməlidir. Ankara ilə Vaşinqton arasında geosiyasi ziddiyyətlərin elə də böyük olmadığını nəzərə alsaq, deməli, Vaşinqton-Tehran münasibətlərində irəliləyişə nail olmaq qalır. Belə görünür ki, növbəti addımlar da buna yönələcək. Onları isə artıq başlamış hesab etmək olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...