Rusiya, İran və Türkiyə prezidentlərinin İran görüşü – Nə gözlənilir?

Rusiya, İran və Türkiyə prezidentlərinin İran görüşü – Nə gözlənilir?

İyulun 19-da Tehranda Rusiya, İran və Türkiyə prezidentlərinin mühüm görüşü keçiriləcək.

Bununla bağlı Sfera.az-a açıqlama verən  politoloq Elxan Şükürlü deyib ki, bu görüş Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır:

 

“Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm İran, həm də Türkiyə ilə quru sərhədə malikdir və tarixən bir-biriylə düşmənçilik etmiş bu üç ölkənin yeni münasibətlərində, əlaqələrində də əsas körpü rolunu oynayır. Elə Azərbaycanın qələbəsiylə bitən 44 günlük Qarabağ savaşının ortaya çıxardığı və daha çox regional sülh və əməkdaşlıq platforması kimi qəbul edilən “3+3 formatı”nın gələcək taleyi də, böyük ehtimalla, Tehran sammitinin gedişindən asılı olacaq.

 

Məhz bu sammit müəyyənləşdirəcək ki, Rusiya, İran və Türkiyə xüsusən Suriya və Cənubi Qafqaz bölgələrində haradək uzlaşma, bir-birinin maraqlarına haradək güzəştə getmək imkanındadırlar. Əvvəlki görüşlərdən fərqli olaraq, indi hər üç ölkənin bir-birinə çox böyük ehtiyacı yaranıb və bu da vadar edir ki, tərəflər qarşıdurmaya deyil, uzlaşma yollarının tapılmasına daha çox üstünlük versinlər. Xüsusən də hər üç ölkənin Qərblə açıq konfrontasiya şəraitində olması və ağır sanksiyaları dələrək, sarsıdılmış iqtisadiyyatlarını xilas etmək və dirçəltmək qayğısı tərəflərin maksimalist tələblərdən geri çəkilərək, bir-birinin istəklərinə daha real yanaşmalarını və ortaq qərarların alınması işini də xeyli asanlaşdırır”.

 

Politoloq qeyd edib ki, Rusiya, Türkiyə və İranın bir araya gələcəyi Tehran sammitinin pozulmasında və tərəflərin uzlaşma əldə etmədən ayrılmasında maraqlı tərəflər də az deyil:

 

“Bu işin başında isə ABŞ gəlir. 2016-cı ilin dekabrında bu 3 ölkənin rəhbəri, ABŞ başda olmaqla bütövlükdə Qərbi qapı dalında qoyaraq, Suriya probleminin üçlükdə həlli prosesinə başladıqları bir ərəfədə, onların üçlü görüşü pozulsun deyə, Rusiyanın Türkiyədəki səfiri Karlov Ankarada qətlə yetirilmişdi. Yalnız Putinin və Ərdoğanın olduqca soyuqqanlı davranışları münasibətlərin korlanmasının qarşısını almış və məlum “Astana prosesi” baş tutmuşdu. Eyni təhlükə nəinki yenə qalır, hətta Ukrayna üzərində aparılan Qərb-Rusiya savaşından sonra daha açıq və təhlükəli xarakter alıb: yeni geopolitik konfiqurasiyanın təməllərinin atıla biləcəyi Tehran sammiti öncəsi ABŞ prezidenti Bayden böyük vədlərlə Yaxın Şərqə səfərə çıxıb və əsas müttəfiqləriylə birbaşa təmasa keçərək, hədələyici tonda ABŞ-ın Yaxın Şərqi Çin-Rusiya-İran ittifaqına buraxmayacaqları bəyanatını verib”.

 

Ekspert əlavə edib ki, Tehran sammiti öncəsi daha bir diqqətçəkən hadisə isə MKİ direktoru Uilyam Börnsün də Azərbaycanla sülh danışıqları aparan Ermənistana qəfil səfəri və erməni baş nazir Nikol Paşinyanla görüşüdür:

 

“Məhz belə kritik dönəmdə MKİ direktorunun Cənubi Qafqaza gəlişi Tehran sammitindən ABŞ-ın narahatlığının ifadəsi sayılmaqla yanaşı, həm də Putin-Ərdoğan-Rəisi görüşüylə bağlı hansısa pozucu əks-əməliyyat tədbirlərinin həyata keçirilməsi və yaxud belə bir görüntünün yaradılması məqsədiylə də ola bilər. İndi Tehran Qərb üçün nə qədər qorxulu paytaxtdırsa, Rusiya, Türkiyə və İran üçün də yüksək təhlükəsizlik tədbirləriylə qorunması son dərəcə zəruri bir ünvandır. Eyni təhlükəni və təxribat ehtimalını qarşıdakı günlərdə Azərbaycan da məğlub etdiyi Ermənistanla sərhədindən gözləməli və buna hazırlıqlı olmalıdır. Çünki yaxınlaşan və dərinləşən Rusiya-Türkiyə-İran münasibətlərini pozmaq istəyən və zamanında bu məqsədlə Karlovu qətlə yetirən güc üçün indi ən həssas və ən tez alovlandırılacaq ünvan qeyri-müəyyən və qeyri-sabit Azərbaycan-Ermənistan sərhədidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...