İtaliya Prezidenti Draqinin istefasını qəbul etmədi - YENİLƏNİB
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul etməyib.
Sfera.az xəbər verir ki, bu barədə “Ansa” agentliyi məlumat yayıb.
İndi Prezidentin qərarı ilə İtaliya parlamenti səsvermə keçirməli olacaq ki, bu da Draqi hökumətinin deputatların əksəriyyətinin dəstəyini alıb-almadığını göstərəcək.
Səsvermə çərşənbə günü keçirilə bilər.
***
22:05
İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı dövlət başçısı, prezident Sercio Mattarellaya çatdıracağını bildirib.
“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təqdim edəcəyəm”, - hökumətin mətbuat xidməti onun sözlərindən sitat gətirib.






