“Salam fərmandeh” himni – İran zərərli ideologiyasını necə yayır?
Bir müddə öncə İranın ali rəhbəri Əli Xameneiyə həsr edilən və Əbuzər Ruhi adlı şəxsin ifasında səslənən “Salam fərmandeh” himni və klipi ideoloji, siyasi və dini məzmunlarla İslam Respublikasının təbliğatı məqsədini güdür. Klipdə hərbi geyimdə olan və xorla oxuyan uşaqlardan və yeniyetmələrdən geniş istifadə olunur.
Sfera.az xəbər verir ki, bir sıra uşaq haqları müdafiəçiləri sözügedən himni uşaq hüquqlarının pozulması və uşaqların beyinlərinin yuyulması üçün sui-istifadə olunduğunu düşünürlər.
Sosial şəbəkələrdə İslam Respublikasının tənqidçiləri və əleyhdarları bu himnə reaksiya verərək, “Salam çarəsiz”, “Salam diktator” kimi başlıqlardan istifadə ediblər.
Məhəmmədrza Zairi “Salam komandir” klipini müvəqqəti təsiri olan uğurlu təcrübə hesab edir. “Əl-Məyadin” telekanalının iddiasına görə, sözügedən marş İranda və xaricdə sosial fenomenə çevrilib və bu, İranın ictimai görünüşünü dəyişdirir.
Ən maraqlısı odur ki, klipdə uşaqlar öldürülmüş iranlı general Qasım Süleymaninin düşmənlərindən intiqam alacaqlarına söz verirlər.
Turan Rzayev