Qazi problemlərindən pul qazanan Əli Kərimli mənəviyyat tanımır

Qazi problemlərindən pul qazanan Əli Kərimli mənəviyyat tanımır

Qazi Elvin Cəfərovun intiharı cəmiyyətin bütün təbəqəsindən olan insanları sarsıtdı. İstənilən halda bir qazinin intihar etməsi cəmiyyət olaraq hər birmizin günahıdır. Yəni bu məsələdə heç kəs “mən günahsızam” deyə bilməz.

Ancaq Elvin Cəfərovun intiharı bir məsələni yenidən aktuallaşdırdı - Şəhid ailələri, qazilərdən kimlərsə qrant, ianə layihəsi kimi istifadə edir.

 

Məsələ ondadır ki, qazinin həyatını itirməsinin ardınca sosial şəbəkədə Ağdaş rayon sakini qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi məqsədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğuna dair məlumat yayıldı. Bir qazinin intiharının ardınca ikincisin buna cəhd etməsi haqqında məlumatın yayılması istənilən halda şübhə doğurur. Xoşbəxtlikdən xəbərin dərhal yalan olduğu məlum oldu. Özü də bu barədə Elvin Məmmədov özü açıqlama yaydı.

 

Hamımızı belə aldadırlar!

 

Təəssüf ki, nə bu məsələyə, nə də qazi Elvin Cəfərovun intiharı məsələsinə cəmiyyət olaraq adekvat baxa bilmirik. Anlamağa çətinlik çəkirik ki, 44 günlük Vətən müharibəsi cəmiyyətimiz üçün qürur və şərəf tarixi olsa da, günü-gündən kimlər üçünsə siyasi oyun alətinə çevrilir.

 

Ümumiyyətlə, bunu anlamaq lazımdır ki, Azərbaycan dünyada nə birinci, nə də axırıncı dövlətdir ki, müharibə edib. Hazırda dünya onlarla irili-xırdalı müharibələrə şahidlik edirik. Rusiya-Ukrayna müharibəsi günü bu gün də ən sərt şəkildə davam edir. Müharibə edən istənilən ölkənin şəhidin də, qazisinin də olması təbii haldır. Həmin ölkələrdə də qazilərin, müharibə veteranlarının səbirsizlik göstərərək, yalanın, şərin, böhtanın qurbanı olaraq etiraz halları baş verib. Yəni əsəbilik, gərginlik təkçə yalnız Azərbaycan qazilərinə aid deyil.

 

Dünyanın ən demokratik ölkəsi adlandırılan və güclü ordusu olan ABŞ-da 2009-cu ildə 310, 2012-ci ildə 319, 2016-cı ildə 280, 2017-ci ildə 285, 2018-ci ildə 325, 2019-cu ildə isə 216 nəfər Əfqanıstanda, İraqda, Suriyada döyüşmüş veteranlar, hərbçilər intihar ediblər. ABŞ ordusu son 10 ildə aktiv döyüşlərdə təxminən 300 hərbçi itiribsə, intihar edənlərin sayı 3000 nəfər olub.

 

Əlbəttə, bu, o demək deyil ki, yaşananlar normal haldır və belə də olmalıdır. Bir daha qeyd edirəm, istənilən halda qazinin intihar etməsi mənfi hadisədir və bu hadisədə hər kəs günahkardır. Ancaq ədalət naminə belə halların təkcə Azərbaycanda olduğunu iddia etmək doğru deyil. 

 

Azərbaycan bu məsələdə “unikaldır” 

 

Heç bir ölkədə Azərbaycandakı radikal müxalifət kimi mənəviyyatsız şəkildə qaziləri, şəhid ailələrini siyasi oyunlara alət edən, onların heysiyyətlərı üzərindən siyasi şou düzənləyib pul qazanan müxalifət yoxdur.

 

Misal üçün, qardaş Türkiyə kimi iqtidar müxalifət rəqabətinin ən kəskin yaşandığı bir ölkədə qazilər və şəhidlər üzərindən bir kampaniyanın aparıldığını görə bilməzsiniz. Yaxud, dünyanın ən demokratik ölkələrindən Almaniya, Fransa, İtaliya, ABŞ-da müxalifət cəmiyyətin həsas təbəqəsi olan qazilər və şəhid ailələri üzərindən siyasət aparmır.   Amma çox təəssüflər olsun ki, belələri Azərbaycanda var. Yəni bu məsələdə də analoqu olmayan tək ölkəyik.

 

AXCP sədri Əli Kərimli və bu qəbildən olan şəxslər faktiki olaraq qazilərin, şəhid ailələrinin kürəyindən, problemlərindən pul qazanırlar. Əli Kərimli kimi antimilli ünsürlər qazilərin problemlərini elə bir səviyyədə təqdim edirlər ki, sanki dünyada belə bir hal yoxdur və Azərbaycan bu məsələdə “unikaldır”. 

 

Əlbəttə, qazilərin problemləri hazırda hər kəs üçün ən əsas da dövlət üçün prioritet məsələ olmalıdır. Əslində bu belədir, lakin Əli Kərimli və onun qaragüruh dəstəsi problemə qərəzli yanaşaraq məsələni öz maraqları naminə təqdim etməyə çalışır. Halbuki 44 günlük Vətən müharibəsi başa çatandan bu günə qədər dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət, qayğı da göz qabağındadır.

 

Şəhid ailələri və qazilərə dövlət heç nə etmir?

 

Bu gün əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib.

 

Qazi və şəhid ailələri haqqında danışarkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır. İndiyədək Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, 37 şəhid ailəsi üzvü və yaralının təhsil haqqının, 1004 şəhid ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319 şəhid ailəsi üzvü və yaralının isə tibb xidmətlərin ödənilməsinə vəsait ayrılıb.

 

Bu günə kimi 165 qazimiz Türkiyədə ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub, onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46 ağır yaralı qazimizin müalicəsi Türkiyədə davam etdirilir. Onların sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun nəzarətindədir.

 

Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək.

 

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

 

Demək ki, belə bir yalan, şər, böhtan kampaniyası qazilər üzərindən pul qazanmaq iddiasında olanlara lazımdır. Elə birincisi də Əli Kərimliyə.

 

Qazilərimiz nəzərə almalıdır və imkan verməməlidir ki, siyasi oyun aləti olsunlar. Problemlərinin həlli onsuz da dövlətimizin prioritetidir və həll ediləcəklər. Qazilər kimlərinsə “like” və “baxış” toplama alətinə çevrilmələrinə icazə verməsinlər.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR