Ərdoğanla Putin bu məsələləri MÜZAKİRƏ ETDİLƏR
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iki ölkənin liderləri regional məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.
Bundan başqa, prezidentlər Suriyadakı mövcud vəziyyət, həmçinin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan sabitliyin bərpası üçün təşəbbüslərini bundan sonra da davam etdirməyə hazır olduğunu V.Putinin diqqətinə çatdırıb.






